Eskalator və travolatorlar

Eskalator və travolatorlar böyük insan axını olan ictimai və ticarət binaları üçün ən yaxşı həll yoludur. Onlar çoxlu sayda insanların sürətli hərəkətinə imkan yaradır və bu halda sərnişin liftlərində olduğu kimi yük qaldırma məhdudiyyəti olmur. Bizdən eskalator almaqla Siz beynəlxalq standartlara cavab verən avadanlıqları zəmanətlə əldə etmiş olursunuz. Eskalatorlar standart olaraq 30° və 35° dərəcə maililiklə, travolatorlar isə 8°, 10°, 12° dərəcə maililiklə istehsal olunur. Biz eyni zamanda 0° bucaqlı sərnişin konveyerləri təklif etməyə hazırıq. Bu növ konveyerlər adətən sərnişinlərin bir terminaldan digər terminala daşınması üçün hava limanlarında quraşdırılır. Binanın interyeri ilə tam uyğunlaşan eskalatorun fərdi dizaynının yaradılması üçün bir çox imkanları mövcuddur. Alüminium və ya paslanmayan poladdan hazırlanmış pillələr, seçimə uyğun olaraq hərəkət edən sürahinin rəngi, şüşə və ya paslanmayan poladdan sürahibənd və qeyri-məhdud çöl üzlənməsi imkanları mövcuddur. Eskalator və travolatorların standart avadanlığına 4 iş rejiminə malik tezlikli idarəetmə daxildir: Birinci rejim eskalatora hər iki istiqamətdə işləmək imkanı verir. Hərəkət, sərnişin axınından asılı olaraq hərəkətin sürətini və istiqamətini nizamlayan fotoötürücü vasitəsilə həyata keçirilir. Bu variant eskalatorlardan az istifadə olunan, insanların olmadığı yerlərə daha uyğundur. İkinci rejim o cür proqramlaşdırılır ki, müəyyən bir vaxtdan sonra, məsələn, eskalatordan istifadə olunmadığı 120 saniyə ərzində avadanlığın az sürətli rejimi işə salınır. İnsanlar eskalatora doğru hərəkət etdikdə, o, dərhal “oyanır” və sürətli hərəkət etməyə başlayır. Üçüncü rejim ikinciyə bənzərdir, yalnız üçüncü iş rejimi proqramlaşdırılmış vaxt bitdikdə, sərnişinlərin olmadığı vaxtda, eskalator hərəkəti dayandırır. Normal sürətli hərəkətə qayıtma prosesi, öncəki işləmə rejimi kimi eyni qaydada həyata keçirilir. Dördüncü rejim – daimi sürətli hərəkət.